Zahid Hacıyev
Zahid Məhəmməd oğlu Hacıyev
25 may 1940 - 26 iyun 1994
25 may 1940 - 26 iyun 1994
1940-ci il 25 mayda Borçalıda anadan olub. 1947-1957-ci illərdə Sarvanda 1 saylı orta məktəbi Qızıl medalla bitirib. Şagird olduğu dövrdə fəal ictimaiyyətçi olmuş, 1 saylı məktəbin komsomol komitəsinin katibi kimi fəaliyyət göstərmişdir.
1959-cu ildə Bakı Dövlət Universitetinin iqtisadiyyat fakültəsinə daxil olub, 1964-cü ildə həmin fakültəni “əmtəəşünaslıq” ixtisası üzrə bitirmişdir.
Universiteti bitirdiyi vaxtdan Səbayel rayon İstehlak İttifaqında fəaliyyətə başlamış, ömrünün sonuna qədər həmin idarədə əmtəəşünas işləmişdir.
Yüksək səviyyəli mütəxəssis, xeyirxah və qayğıkeş insan olan Zahid Hacıyev iş yoldaşlarının və yaxınlarının böyük məhəbbət və hörmətini qazanmışdır.
Həyat yoldaşı Esmira al təhsilini bitirdikdən sonra nəşriyyat-poliqrafiya sahəsində işləmişdir. Esmira Zahidlə ailə qurduqdan bir az sonra körpə oğlu İlqarla Sarvana gedərək bir müddət qaynatasına və qaynanasına qulluq etmişdir.
İki övladlarə - İlqar adlı oğlu və Leyla adlı qızı, üç nəvələri var. Oğlu İlqar yüksək səviyyəli iqtisadçı-maliyyəçidir, hələ cavan yaşlarından maliyyə-bank və istehsal şirkətlərndə məsul vəzifələrdə işləyib. Hazırda özəl bizneslə məşğuldur. Qızı Leyla Almaniyada yaşayır və psixoloq kimi fəaliyyət göstərir.
Uşaqlıqdan zəhmətə qatlaşmış, ömrü boyu insanlara yaxşılıq etmiş Zahid Hacıyev həmişə qohum və dost qayğısı çəkmiş, səxavət və xeyirxahlığını heç kimdən əsirgəməmişdir.
Ömrünün son vaxtlarında xəstəlikdən əziyyət çəkməyinə baxmayaraq doğma yurduna getmiş və orada vəfat etmiş, ata-anasının məzarları yanında dəfn olunmuşdur.