Rüstəm Hacıyev
Hacıyev Rüstəm Hacı oğlu
(1916 - 1990)
Borçalının öndər şəxsiyyətlərindən olan Nayvəlinin nəvəsi, tanınmış təhsil işçisi, müəllim, İkinci Dünya Müharibəsi iştirakçısı, el ağsaqqalı
== Həyatı ==
Rüstəm Hacıyev 1916-cı ildə Nayvəlinin nəvəsi Hacı kişinin ailəsində dünyaya gəlib. Hacı kişinin üçüncü oğludur.
Məhəmməd və Rüstəm Hacıyevlər
22 noyabr 1939-cu il
Hacı Hacı oğlunun birinci arvadı, Məhəmməd Hacı oğlunun anası Fatimə Xasməmmədova rəhmətə gedəndən sonra Hacı kişi Sultan İsgəndərova ilə evlənib. Rüstəm Hacı oğlunun anası Sultan İsgəndərovadır.
Müharibədən qayıtdıqdan sonra pedaqoji fəaliyyətini davam etdirib, ömrünün sonunadək Borçalıda müəllim işləyib.
1990-cı ildə vəfat edib.
Rüstəm Hacı oğlunun həyat yoldaşı
Rəhilə Yaqubova (22.01.1924 - 19.10.2009) Məhəmməd Hacı oğlunun həyat yoldaşı Mileyla Yaqubovanın bacısıdır. Rəhilə və Mileylanın ataları Hüseynin (Söyün) atası Yaqub, babası Hasan kişidir.
Böyük torpaq sahələri, mal-qarası olan Söyün kişini 1940-cı illərdə qaçaqlar vurub.
Mileyla və Rəhilə Yaqubovaların anası Yetər Cümbül qızı ata tərəfdən Sarvanın Mustafalılar nəslindəndir, Abdulla Şaiqin qohumudur. Yetərin anası Molla Qızlarbəyim seyid nəslindəndir.
Sağ tərəfdə - Rəhilə Yaqubova
== Fəaliyyəti ==
Rüstəm Hacıyev Borçalı Müəllmlər məktəbini bitirdikdən sonra əmək fəaliyyətinə çox gənc yaşlarından, 1930-cu illərin əvvəllərindən Borçalının Kəpənəkçi (Çörük Qəmərli) kəndində müəllim kimi başlayıb və 1939-cu ilə qədər burada işləyib.
Rüstəm Hacıyev öz sinifi ilə
Geniş mütaliəli savadlı adam olan Rüstəm Hacıyev ərəb, latın, kiril əlifbalarında yazıb və oxuyub, rus və gürcü dillərini bilib. Azərbaycan və rus dillərində zəngin kitabxanası olub.
Bilikli, səriştəli və qayğıkeş müəllim, ziyalı və ağsaqqal kimi Borçalı elində böyük nüfuz qazanıb.
Borçalı Türk Pedaqoji Texnikumunun
1951-1952-ci il buraxılışı.
Rüstəm Hacıyev - müəllimlər, Abbas Hacıyev - məzunlar sırasındadır.
Rüstəm müəllim və həyat yoldaşı Rəhilə xanım halal zəhmətləri ilə altı oğul böyüdüb, onların ali savada yiyələnmələrinə, peşə və mənsəb sahibi olmalarına şərait yaradıb.
Övladları və nəvələri müəllim, dövlət qulluqçusu, iş adamları kimi yetişib fəaliyyət göstərir. Övladlarından Rafiq, Cavad, Tariyel atalarının ənənəsini davam etdirərək Borçalı məktəblərində müəllim işləyir, qabaqcıl müəllimlər kimi tanınırlar.
Borçalı Türk Pedaqoji Texnikumu bağlandıqdan sonra Rüstəm müəllim 1988-ci ilə qədər Marneuli internat məktəbində müəllim işləyib. 1988-ci ildən təqaüdə çıxıb, 1990-cı ildə vəfat edib.
Müharibədə iştirakına və səmərəli əmək fəaliyyətinə görə bir çox orden və medallarla təltif edilib.
Qeyd: Rüstəm və Rəhilənin cəmi yeddi övladı olub, ancaq Tariyeldən sonra anadan olmuş Hidayət adında bir oğulları körpə vaxtı rəhmətə gedib.