'
NAYVELILER

Tofiq Hacıyev




Hacıyev Tofiq Məhəmməd oğlu

   Tofiq  Hacıyev 14 dekabr 1946-cı ildə Gürcüstan SSR-in Marneuli şəhərində  anadan olub.
1954-1964-cü illərdə Marneuli şəhər 1 saylı orta məktəbində təhsil alıb.

1969-cu ildə Bakı Dövlət Universitetinin fizika fakultəsini bitirib.
Artıq tələbəlik illərində ciddi elmi tədqiqatla məşğul olmuşdur. Görkəmli alim, AMEA-nın müxbir üzvü, prof. Abdulla Muxtarovun rəhbərliyi ilə hazırladığı  “Qalliy2 selen tellur və onun fotoelektrik xassələri” mövzusunda diplom işi elmi rəhbəri və mütəxəssislər tərəfindən dünyada ilk dəfə tədqiq olunmuş elmi problem kimi qiymətləndirilmişdir.
BDU Fizika fakültəsi Elmi Şurasının qərarı ilə aspiranturada saxlanması barədə qərar verilmişdir.
Tələbəlik dövründə elmi fəaliyyətlə yanaşı, idmanla da məşğul olmuş, “Neftçi” futbol klubunun əvəzedici heyətində məşqlər keçmiş və Moskvanın "Torpedo" komandasına qarşı "Neftçi"nin əvəzedici heyətinin tərkibində oyunda iştirak etmişdir.



Universiteti bitirdikdən sonra könüllü olaraq yarım ilə qədər Azərbaycan Milli Elmlər Akademiyasının Şamaxı Astrofizika Rəsədxanasında dolunun əmələ gəlməsi və onun qarşısının alınması mövzusunda tədqiqatlar aparmış və nəticələri Azərbaycan hidrometeoroloji mərkəzinə təqdim etmişdir.

1970-ci ilin iyun ayında hərbi xidmətə çağırılmış, SSRİ Silahlı Qüvvələrində zabit kimi xidmət etmişdir. Hərbi xidməti Naxçıvanda Şahtaxtıda keçmişdir. Rota komandiri, batalyonun qərargah rəisi olmuş və kapitan rütbəsində tərxis edilmişdir.


Hərbi xidmət dövründə diviziyanın futbol komandasının oyunçu-məşqçisi olmuş, tapançadan atəş və üzgüçülük  üzrə 1-ci idman dərəcəsi almışdır.
Hərbi xidmətdən sonra Gürcüstana, Marneuliyə qayıtmışdır.

 1972-1978-ci illərdə Marneuli 1 saylı rus orta məktəbində müəllim və tədris hissə müdiri, 1978-1983-cü illərdə Marneuli rayon Maarif şöbəsində məktəblər üzrə inspektor işləmişdir.




1983-cü ilin aprel-avqust aylarında Gürcüstan KP Marneuli rayon partiya komitəsinin ideoloji şöbəsində təlimatçı, 1983-cü ilin avqust ayından 1990-cı ilə qədər ideoloji şöbənin müdiri işləmişdir.
1984-1987-ci illərdə Bakı Ali Partiya Məktəbində təhsil almış, ali siyasi təhsillə yanaşı, tarix və ictimaiyyətşünaslıq müəllimi ixtisasına yiyələnmişdir.

1990-1996-cı illərdə Marneuli 4 saylı rus orta məktəbinin direktoru, 1996-1998-ci illərdə rayon Maarif Şöbəsinin müdiri, 1998-2002-ci illərdə rayon bələdiyyəsinin deputatı, 2002-2004-cü  illərdə rayon Korrupsiyaya Qarşı Mübarizə Şurasının məsul katibi olmuşdur.
2004-2006-cı illərdə Marneuli Rayon İcra Hakimiyyəti sədrinin 1-ci müavini vəzifəsində işləyib.




1996-cı ildən Gürcüstanın müxtəlif ali məktəblərində ümumi fizika, biofizika və tibbi fizika fənlərindən mühazirələr oxuyur. Gürcüstanın Azərbaycan məktəblərinin tədris-metodik və kadr təminatında xidmətləri var. Bu məktəblərdə çalışan fizika müəllimləri üçün təşkil etdiyi elmi-metodik kursların böyük rolu olmuşdur.
Gürcüstanda azərbaycanlı əhalinin mədəniyyət və təhsilinin inkişafı, vətəndaş həmrəyliyi və demokratik islahatlar uğrunda fəaliyyət aparır.
Gürcüstanda fəaliyyət göstərən və parlament seçkilərində iştirak etmiş, respublika parlamentində və yerli bələdiyyələrdə deputatlarla təmsil olunmuş, yerli azərbaycanlı əhalinin siyasi inkişafında və fəallığında, cəmiyyətə inteqrasiyasında rol oynamış Gürcüstan Müsəlman və Xristian Demokratlar İttifaqı Siyasi Partiyasının yaradıcılarından biri və Marneuli rayon şöbəsinin sədridir.
2006-cı ildən Marneuli rayonu Bələdiyyəsi Maarif Şöbəsinin müdiri işləyib. Hazırda Tiflisdə Ukrayna Dövlət Universiteti Filialının əməkdaşıdır.














Məhəmməd və Ramin



Aygün və Fərid












 


 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol