Hacı Hacı oğlu
Hacı Hacı oğlu
Nayvəlinin nəvəsi Hacı kişi XIX əsrin axırlarında anadan olub, 1922-ci ildə rəhmətə gedib. Atası Hacı Nayvəli oğlu haqqında ətraflı məlumat qalmayıb, XIX əsrdə yaşadığı məlumdur.
Hacı kişi savadlı, imkanlı, dövlətli adam olub. Xeyli mal-qarası, babalarından qalan sərvəti olub.
Ancaq sovet dövründə dövləti əlindən çıxıb, övladlarına torpaq sahələrinin bir qismi qalıb.
Hacı kişinin əmisi oğlu Pirverdinin və onun oğlanları Pirqasımın və Həmidn törəmələri indiki Pirverdiyevlər nəslinin nümayəndələridir.
Hacı Hacı oğlunun birinci arvadı Fatimə Xasməmmədova olub, Fatimə rəhmətə gedəndən sonra Sultan İsgəndərova ilə evlənib.
Nayvəli ocağındakı Pir
Hacı kişinin birinci arvadı, Məhəmməd
dədənin anası Fatimə Sarvanın Xasməmmədovlar
nəslindəndir. Fatimənin Bayraməli adında qardaşı, Sədəf, Anaqız, Hüsnü adında bacıları olub.
Məhəmməd dədənin dayısı Bayraməli Xasməmmədovun və həyat yoldaşı Saat xanımın Hüseyn, Hasan, Kamal (Böyük Vətən müharibəsində həlak olub), Müseyib, İbrahim
adında oğulları və Şövkət adında qızı olub.
Məhəməd dədənin xalası Sədəf Soğanlıq kəndinə ərə gedib. Sədəfin oğlu Gürcü Söylədərin (gürcü dilini yaxşı bildiyinə görə belə deyiblər) ailəsi hazırda
Soğanlıq kəndində yaşayır.
Məhəmməd dədənin digər xalası Anaqız Sarvanda Kərim İbrahimovla ailə qurub. Onların Calal, Mehdi, Rüstəm, Zeynəb və Yasəmən adında övladları olub. Mehdinin oğlu İsa Cümşüd Məhəmməd oğlu Hacıyevin bacanağıdır. Kərim və Anaqızın böyük oğlu Calal (el arasında Nu Calal adlanıb – rus dilndə “nu” kəlməsini tez-tez işlətdiyinə görə belə deyilib) müxtəlif dövlət vəzifələrində çalışmış, o cümlədən Marneuli rayon partiya komitəsində 2-ci katib işləmişdir.
Hacı Nayvəli oğlunun yurdu
Məhəmməd dədənin üçüncü xalası Hüsnü Bala Muğanlı kəndinə ərə gedib, burada Rüstəm kişi ilə ailə qurub. Rüstəm kişi və Hüsnünün Məhəmməd, Hümmət, Fatmanisə, Səlmi, Mələk, Ayna, Salatın, Səkinə adında övladları olub.
Hüsnünün və Rüstəm kişinin böyük oğlu Məhəmmədin övladları (Məhəmməd Hacıyevin xalası nəvələri) – tanınmış alim, şair və tərcüməçilər Vilayət Rüstəmzadə və İbadət Rüstəmzadədir (İbadət Mövləli). Vilayət Rüstəmzadənin qızı Aytən Rüstəmzadə də ədəbiyyatşünas alimdir.
Məhəmməd kişi Bala Muğanlıda uzun müddət kolxozda briqadir işləyib, yaxşı bağban olub, meliorasiya idarəsində çalışıb. Qışlaq yeri adlanan sahəyə çəkdirdiyi suvarma şəbəkəsi el arasında Məhəmməd arxı adlanıb.
Hacı kişinin ikinci arvadı, Rüstəm müəllimin anası Sultan xanım Sarvanın İsgəndərovlar nəslindəndir.
Hacı kişinin ortancıl oğlu Abbas nişanlı olub, Soğanlıq kəndinə xalası Sədəfgilə qonaq gedərkən daşqında arabanı