Xanlar Hacıyev

Xanlar Məhəmməd oğlu Hacıyev
(16.07.1952 – 01.10.2012)
1952-ci ilin 16 iyulunda Sarvanda anadan olub. Məhəmməd dədənin ən kiçik övladı olan Xanlar 1969-cu ildə Sarvan 1 saylı orta məktəbini bitirib və elə həmin ildə Azərbaycan Dövlət Dillər İnstitutunun ingilis dili fakültəsinə daxil olub.

Sarvan 1 saylı orta məktəbdə

Sarvan 1 saylı orta məktəbdə

1974-cü ildə Azərbaycan Dövlət Dillər İnstitutunun
ingilis dili müəllimi
ixtisasını bitirib Sarvana qayıdıb.
ingilis dili müəllimi
ixtisasını bitirib Sarvana qayıdıb.

1974 - 1984-cü illərdə Borçalının Qızılhacılı natamam kənd orta məktəbində müəllim işləyib.

Sonradan tikinti və ticarət sahəsində çalışıb. 1979-cu ildən 1982-ci ilə qədər müəllimliklə paralel olaraq Gərəkməzli Ələkbərin müdiri olduğu Marneuli rayon Təsərrüfatlararası Kənd Mənzil-Kommunal Birliyində məsul vəzifədə işləyib.
Peşəkar səviyyədə ovçuluqla məşğul olub, mahir ovçu kimi bütün Gürcüstanda tanınıb. Marneuli rayon Ovçular cəmiyyətinin yaradıcısı və rəhbəri olub.
Xanlar Hacıyev Sarvanda qonşumuz olan Leyla ilə ailə qurub.

Vüqar adlı oğlu, Ramilə və Səbinə adlı qızları var. Vüqarın həyat yoldaşı Könül, övladları - Kamil və Amil, Ramilənin həyat yoldaşı Nəsimi, övladları - Kənan və Sənan, Səbinənin həyat yoldaşı Elçin, övladları - Ləman və Elşəndir.
Məğrur və əyilməz insan, pəhləvan cüssəli igid, sadiq dost və qayğıkeş qohum, gözəl ailə başçısı olan Xanlar ömrünün yetkin çağında qəfil xəstəlikdən vəfat edib.

Xanlar və Lacın