'
NAYVELILER

Rafiq Hacıyev




Hacıyev Rafiq Rüstəm oğlu

 

== Həyatı ==

Rafiq Hacıyev 1946-cı il yanvar ayının ikisində Borçalının
Sarvan kəndində (indiki Marneuli şəhəri) anadan olub, Sarvanda 1 saylı Azərbaycan orta məktəbində təhsil alıb.
1964-cü ildə Azərbaycan Dövlət Dillər İnstitutunun İngilis dili fakültəsinin əyani şöbəsinə daxil olub, 1969-cu ildə həmin fakültəni "ingilis dili müəllimi" ixtisası üzrə bitirib.


İnstitutu bitirdikdən sonra hərbi xidmətə çağırılıb, sovet ordusunda qulluq edib.





Əsgərlikdən sonra Bakıda qalıb aspiranturada elmi fəaliyyətlə məşğul olmağa dəvət alsa da, maddi və ailə vəziyyəti ilə əlaqədar imtina edib, Borçalıya qayıdaraq fəaliyyətini burada davam etdirirb

== Fəaliyyəti ==

Orta məktəbi bitirdikdən sonra Marneuli şəhər 1 saylı orta məktəbində bir il pioner dəstə rəhbəri işləyib.
1970-ci ildən Sarvanda 2 saylı Azərbaycan orta məktəbində ingilis dili müəllimi işləyib, sonradan 5 saylı məktəbdə işləməyə başlayıb.
Mahir müəllim, ingilis dili mütəxəssisi, dilçi və ədəbiyyatşünas kimi Borçalı pedaqoji və elmi mühitində böyük nüfuz sahibidir. Borçalıda Azərbaycan dilində təhsilin, ədəbiyyat və mədəniyyətin, mətbuatın inkişafı üçün əzmlə fəaliyyət göstərir.
İstedadlı rəssam, ədəbiyyatşünas, tərcüməçidir. Gözəl ədəbiyyat bilicisi olan Rafiq Hacıyev Borçalı ədəbi mühitinin nüfuzlu və fəal üzvüdür.
Bir sıra bədii əsərlərin və məqalələrin, ingilis dilindən tərcümələrin və rəsmlərin müəllifidir.












                                            Rafiq Hacıyevin Abbas Hacıyevin kitablarına aid çəkdiyi kollajh

 

 

Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol