'
NAYVELILER

Baxış Hacıyev


Hacıyev Baxış Məhəmməd oğlu

(15 noyabr 1942 - 04 aprel 2015)

== Həyatı ==

Baxış Hacıyev 15 noyabr 1942-ci ildə Gürcüstan SSR-in Sarvan (Marneuli) kəndində anadan olub. Marneuli şəhər 1 saylı orta məktəbində təhsil alıb. 1962-cu ildə Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinin əyan şöbəsinə daxil olub.


Universitetdə təhsl aldığı dövrdə, 1964-cü ildə hərbi xidmətə çağırılıb. 1964–1967-ci illərdə 3 il hərbi-dəniz donanmasında hərbi xidmətdə olub. 1967-ci ildə hərbi xidmətini bitirdikdən sonra universitetdə təhslini davam etdirib. 1970-ci ildə təhsilini tamamlayıb və əmək fəaliyyətinə başlayıb.

== Fəaliyyəti ==

1971-1973-cü illərdə Bakı şəhər 5 saylı texniki-peşə məktəbində tərbiyəçi işləyib, məktəbin ilk partiya təşkilatının katibi olub.
1974-1979-cu illərdə Bakı Şəhər İcra Hakimiyyəti OADKYC (DOSAAF) Səbayel rayon komitəsində təlimatçı vəzifəsində çalışıb.




1979-1985-ci illərdə Səbail rayon İcra Hakimiyyəti Mənzillərin qeydə alınması və paylanması şöbəsinin müdir müavini və müdir əvəzi işləyib.













1986-1988-ci illərdə Abşeron Rayon İcra Hakimiyyəti Baş mənzil-istismar idarəsinin rəisi vəzifəsini icra edib.

1989-1992-ci illərdə Bakı Şəhər İcra Hakimiyyəti Mənzil təsərrüfatı Baş İstehsalat İdarəsində istismar idarəsinin rəis müavini vəzifəsində çalışıb.



1992-ci ildən 2004-cü ilə qədər Bakı Şəhər İcra Hakimiyyəti Mənzil təsərrüfatı istehsalat birliyinin İnzibati binaların istismarı idarəsində məsul vəzifələrdə işləyib.



2004-cü ildə səhhəti ilə əlaqədar təqaüdə çıxıb.
Geniş dünyagörüşünə, erudisiya və savada, yüksək zövqə malik olan Baxış Hacıyev rus dilini mükəmməl bilib,
çox zəngin kitabxanası olub.
Daim bədii, publisistik, siyasi ədəbiyyatı,
mətbuatı mütaliə edib.
Dostluğa sadiq, qohumcanlı, səxavətli və
kübar şəxs kimi tanınıb.
2015-ci il aprel ayının 4-də uzun sürən
xəstəlikdən sonra vəfat edib. 
Övladları - Emil, Leyla, Nigar

 








Nəvəsi Leyli (Nigarın gözəl qızı)

Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol