Nayvəli
Nayvəli
(XIX əsrin ilk rübü - XX əsrin əvvəlləri)
Borçalının öndər şəxsiyyətlərindən biri, Nayvəlilər (Hacıyevlər) nəslinin əcdadı.
Borçalı mahalının Sarvan kəndinə aid Nayvəlilər (Hacıyevlər) soyunun əcdadı olan Nayvəli XIX əsrin ortalarında Sarvan kəndində Vəli Hacı oğlunun ailəsində dünyaya göz açıb. Nayvəlinin ulu babası Məhəmməd XVII - XVIII əsrlərdə, babası Hacı Məhəmməd oğlu XVIII əsrdə, atası Vəli Hacı oğlu isə XVIII - XIX əsrin ortalarında Sarvanda yaşayıb. Nayvəlinin oğlunun da, nəvəsinin də adı Hacı olub.
Borçalının Sarvan (indiki Marneuli) kəndinin köklü sakinləri, qarapapaq türkləri olan Nayvəlilər və ya Hacıyevlər nəslinin müasir dövrdəki nümayəndələri – Nayvəlinin nəvəsi Hacı Hacı oğlunun (XIX əsrin axırları – 1922) oğlanları Məhəmməd Hacı oğlu Hacıyevin (1906–1974) və Rüstəm Hacı oğlu Hacıyevin (1916-1990) övladlarından və nəvə-nəticələrindən ibarətdir.
Sarvanın mərkəzində böyük torpaq sahələri olub, bu torpaqlardan hazırda Məhəmməd Hacı oğluna və Rüstəm Hacı oğluna aid sahələr qalıb. Bəzi məlumatlara görə, Nayvəlinin əvvəllər Sarvanda başqa məhlədə də torpaqları olub, ancaq onun nəsli sonralar indi yaşadıqları torpaqlarında - Sarvanın mərkəzindəki qədim yurdlarında məskunlaşıb.
Nayvəli ocağında Sarvan camaatının ziyarət yeri olan pir yerləşir.
Nayvəli yurdundakı Pir
Nayvəli kişinin Zalqa (Barmaqsız) rayonunda, Sarvan camaatının yaylaq yerləri olan Dəlidağda geniş torpaq sahələri olub. Nayvəli Xram (Anaxatır) çayının yaxınlarındakı bu ərazinin və həmin ərazidə yerləşən, el arasında "Nayvəli bulağı" adlanan bulağın rəsmən sahibi olub. Bu səfalı yaylaq və Nayvəli bulağı indiyədək Sarvan camaatının sevimli istrahət yerlərindəndir.
Xram çayı
Nayvəli savadlı adam olub, rus dilini bilib, vergi sistemində işləyib və çar hökumətindən qızıl pulla maaş alıb.
adında ulu babaları olub.
Alget çayı
1728-ci ildə Osmanlı dövləti tərəfindən hazırlanmış
"Tiflis əyalətinin müfəssəl dəftəri"ndə
(Tiflis əyalətinin müfəssəl dəftəri (Qazax və Borçalı. 1728-ci il). Bakı, “Pedaqogika” nəşriyyatı, 2001)
Sarvanlar ərazisində Sarvan camaatının siyahısında Məhəmmədin, onun oğlu Hacının və Hacının oğlu Vəlinin adları qeyd olunub. Nayvəli bu nəsildəndir və
Hacının oğlu Vəlinin oğludur.
Hacı Hacı oğlunun əmisi oğlu Pirverdinin və onun oğlanları Pirqasım və Həmidin törəmələri indiki Pirverdiyevlər nəslinin nümayəndələridir.
Hacı Hacı oğlunun birinci arvadı Fatimə Xasməmmədova olub, Fatimə rəhmətə gedəndən sonra Sultan İsgəndərova ilə evlənib.
Məhəmməd kişi şəxsi təsərrüfatında çalışıb.
Rüstəm Hacı oğlu ibtidai və orta təhsilini Sarvanda alıb, müəllim hazırlığı üçün təşkil olunmuş məktəbi bitirib. İkinci dünya müharibəsi iştirakçısıdır, uzun illər Borçalıda müəllim işləyib, bir çox orden və medallarla təltif olunub.
Onların törəmələrindən bir çox alim, müəllim, dövlət qulluqçusu yetişib.
W // NAYVƏLİLƏR (HACIYEVLƏR)