NAYVƏLİLƏR

 

 

NAYVƏLİLƏR 



Nayvəlilər (Hacıyevlər) - Borçalının tanınmış soylarından biri, Sarvan kəndinin sakinləri.

== Soyun yaranması ==

Bu soy Borçalı mahalının Sarvan kəndinə (indiki Marneuli şəhəri) bağlıdır. Soyun ulu babası Nayvəli XIX əsrin ortalarına yaxın Sarvan kəndində dünyaya göz açıb. Nayvəlinin əcdadı Məhəmmədin XVII - XVIII əsrlərdə yaşadığı ehtimal olunur.
Borçalının Sarvan kəndinin köklü sakinləri, qarapapaq türkləri olan Nayvəlilər və ya Hacıyevlər nəslinin müasir dövrdəki nümayəndələri – Nayvəlinin oğlu Hacı kişinin (XIX əsrin axırları – 1922) oğlanları Məhəmməd Hacı oğlu Hacıyevin (1906–1974) və Rüstəm Hacı oğlu Hacıyevin (1916-1990) övladlarından və nəvə-nəticələrindən ibarətdir.

== Soyun tarixi ==

Nayvəli - Hacıyevlər nəslinin tarixinə aid müəyyən sənədli məlumatlar XVIII əsrin əvvəllərinə aid olsa da, daha dəqiq tarix bu nəslin və Borçalının görkəmli şəxsiyyətlərindən olan Nayvəlidən (Naib Vəli) başlayır və buna görə Hacıyevlərə Nayvəlilər də deyilir.
Nayvəli (Naib Vəli) XIX əsrin ortalarında – XX əsrin əvvəllərində yaşayıb. Əsil adı Vəli olub, ancaq naib nəslindən olduğundan ona Nayvəli deyilib. Nayvəlinin Sarvanın mərkəzində böyük torpaq sahələri olub, bu torpaqlardan hazırda Məhəmməd Hacı oğluna və Rüstəm Hacı oğluna aid sahələr qalıb.  Bəzi məlumatlara görə, Nayvəlinin əvvəllər Sarvanda başqa məhlədə də torpaqları olub, ancaq onun nəsli sonralar indi yaşadıqları torpaqlarında - Sarvanın mərkəzindəki qədim yurdlarında məskunlaşıb.
Hacıyevlərin dədə-baba yurdunda Sarvan camaatının ziyarət yeri olan pir yerləşir.
Nayvəli kişi Sarvan camaatının Zalqa (Barmaqsız) rayonunda yaylaq yerləri olan Dəlidağda yerləşən, el arasında "Nayvəli bulağı" adlanan bulağın və ətraf ərazinin rəsmən sahibi olub. Bu səfalı yaylaq və Nayvəli bulağı indiyədək Sarvan camaatının sevimli istrahət yerlərindəndir.
Nayvəli savadlı adam olub, rus dilini bilib, vergi sistemində işləyib və çar hökumətindən qızıl pulla maaş alıb. 
Nayvəli nəslində Məhəmməd, Hacı, Abbas adları irsən təkrarlanır. Məhəmməd Hacı oğlunun və Rüstəm Hacı oğlunun dediyinə görə, Nayvəlidən əvvəl onların Məhəmməd adında ulu babaları olub. 1728-ci ildə Osmanlı dövləti tərəfindən hazırlanmış "Tiflis əyalətinin müfəssəl dəftəri"ndə Sarvanlar ərazisində Sarvan camaatının siyahısında Hacı Məhəmməd oğlu və onun oğlu Vəlinin adları qeyd olunub.
Gürcüstan Milli Akademiyasının həqiqi üzvü,  professor Şurəddin Məmmədlinin "Borçalı qarapapaqları tarixin dolambaclarında" 
kitabında Nayvəlinin adı görkəmli yazıçı Abdulla Şaiqin atası məşhur din xadimi və maarifçi Axund Mustafa Talıbzadə
ilə birlikdə XIX əsrin axırları - XX əsrin əvvəllərində Borçalının Sarvandan olan öndər şəxsiyyətləri sırasında qeyd olunur.
 Nayvəlinin oğlu Hacı XIX əsrin ortalarında anadan olub, 1922-ci ildə rəhmətə gedib. Hacı kişi savadlı, imkanlı və dövlətli adam olub. Xeyli mal-qarası, təsərrüfatı, babalarından qalan sərvəti olub, ancaq sovet dövründə dövləti əlindən çıxıb, övladlarına torpaq sahəsi qalıb.
Hacının əmisi oğlu Pirverdinin və onun oğlu Pirqasım Ağanın törəmələri indiki Pirverdiyevlər nəslinin nümayəndələridir. 
Hacı Nayvəli oğlunun üç oğlu, iki qızı olub, ortancıl oğlu Abbas tez rəhmətə gedib. Digər oğulları Məhəmməd və Rüstəm əvvəllər Nayvəlioğlu soyadını daşıyıb, sonradan bu famili naibliklə bağlı olduğuna görə sovet hökumətinin təzyiqi ilə Hacıyevə dəyişiblər. Rüstəm Hacı oğlu Nayvəlinin adını yaşatmaq üçün bir müddət sənədlərdə adını  “Rüstəm Nayvəlioğlu” kimi yazdırıb, müəllim və müharibə iştirakçısı olduğundan bu mümkün olub. 1980-ci illərin ortalarında “Hacı oğlu”nu bərpa edib və “Hacıyev” soyadını götürüb.  Məhəmməd kişi əvvəl raykomda bağban işləyib, sonra şəxsi təsərrüfatında çalışıb.
Məhəmməd Hacı oğlunun həyat yoldaşı Mileyla Söyün qızı Yaqubova (1915-1973) və Rüstəm Hacı oğlunun həyat yoldaşı Rahilə Yaqubova (1924 - 2009) bacı olublar. Mileyla və Rəhilənin anası Yetər ata tərəfdən Mustafalılar nəslindəndir, Abdulla Şaiqin qohumudur. Onların ata tərəfdən nənələri Molla Qızlarbəyim seyid nəslindəndir, savadlı və bilikli adam olub.
 
Rüstəm Hacı oğlu ibtidai və orta təhsilini Sarvanda alıb, müəllim hazırlığı üçün təşkil olunmuş məktəbi bitirib. İkinci dünya müharibəsi iştirakçısıdır, uzun illər Borçalıda müəllim işləyib, bir çox orden və medallarla təltif olunub.
El ağsaqqalları olan Məhəmməd Hacı oğlu (1906 – 1974) və Rüstəm Hacı oğlu (1916 - 1990) övladlarını öz halal zəhmətləri ilə böyüdüb, savad verib, böyük ailələrinə (Məhəmmədin yeddi oğlu, bir qızı, Rüstəmin  altı oğlu olub) ev-eşik qurublar. Onların törəmələrindən bir çox alim, müəllim, dövlət qulluqçusu yetişib.
Hazırda Hacıyevlər nəslinin bir hissəsi Sarvanda, bir hissəsi isə Bakıda yaşayır.

ƏLAVƏ BAX:

W // NAYVƏLİLƏR (HACIYEVLƏR)

W // KATEQORİYA: NAYVƏLİLƏR (HACIYEVLƏR)

ORTAQ SƏHİFƏLƏR:
http://asifhacili.tr.gg/
http://ahiskavatan.tr.gg/


 

 

NAYVƏLİLƏR
 
Facebook
 
Reklam
 
 
Bugün 1 ziyaretçi (1 klik) kişi burdaydı!
=> Sen de ücretsiz bir internet sitesi kurmak ister misin? O zaman burayı tıkla! <=