Zahid Hacıyev

Zahid Məhəmməd oğlu Hacıyev
1939 - 1994

 

1939-cu il 25 mayda Borçalıda  anadan olub. 1947-1957-ci illərdə Sarvanda 1 saylı orta məktəbi Qızıl medalla bitirib, şagird olduğu dövrdə fəal ictimaiyyətçi olmuş, məktəb komsomol komitəsinin katibi kimi fəaliyyət göstərmişdir.

1959-cu ildə Bakı Dövlət Universitetinin iqtisadiyyat fakültəsinə daxil olub, 1964-cü ildə həmin fakültəni “əmtəəşünaslıq” ixtisası üzrə bitirmişdir.

Universiteti bitirdiyi vaxtdan Səbayel rayon İstehlak İttifaqında fəaliyyətə başlamış, ömrünün sonuna qədər həmin idarədə əmtəəşünas işləmişdir. Yüksək səviyyəli mütəxəssis, xeyirxah və qayğıkeş insan olan Zahid Hacıyev iş yoldaşlarının və yaxınlarının böyük məhəbbət və hörmətini qazanmışdır.


Həyat yoldaşı Esmira al təhsilini bitirdikdən sonra indiyədək nəşriyyat-poliqrafiya sahəsində işləyr. Esmira Zahidlə ailə qurduqdan bir az sonra körpə oğlu İlqarla Sarvana gedərək bir müddət qaynatasına və qaynanasına qulluq etmişdir.

İki övladı - İlqar adlı oğlu və Leyla adlı qızı, üç nəvələri var. Oğlu İlqar yüksək səviyyəli iqtisadçı-maliyyəçidir, hələ  cavan yaşlarından maliyyə-bank və istehsal şirkətlərndə məsul vəzifələrdə işləyib. Hazırda özəl bizneslə məşğuldur. Qızı Leyla Almaniyada yaşayır və psixoloq kimi fəaliyyət göstərir.

Uşaqlıqdan zəhmətə qatlaşmış, ömrü boyu insanlara yaxşılıq etmiş, qohum və dost qayğısı çəkmiş, səxavət və xeyirxahlığını heç kimdən əsirgəməmişdir. Ömrünün son vaxtlarında xəstəlikdən əziyyət çəkməyinə baxmayaraq doğma yurduna getmiş və orada vəfat etmiş, ata-anasının məzarları yanında dəfn olunmuşdur. 
























 

NAYVƏLİLƏR
 
Facebook
 
Reklam
 
 
Bugün 3186 ziyaretçi (10740 klik) kişi burdaydı!
=> Sen de ücretsiz bir internet sitesi kurmak ister misin? O zaman burayı tıkla! <=