'
NAYVELILER

Vəkil Hacıyev



Hacılı Vəkil Məhəmməd oğlu

(06.03.1936 - 20.03.2008)

== Həyatı ==

Vəkil Hacılı 1936-cı il martın 6-da Gürcüstanın Borçalı (indiki Marneuli) rayonunun Sarvan kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra, oz dövrünün nüfuzlu təhsil ocağı olan Borçalı Türk Pedaqoji Texnikumununa
daxil olmuş və 1955-ci ildə müvəffəqiyyətlə bitirmişdir.


Borçalı Türk Pedaqoji Tenikumunu bitirdikdən somra Azərbaycan Dövlət Universitetinin fılologiya fakültəsində təhsil almışdır (1955-1960). 
Tələbəlik illərində (1958) Qazaxıstanda
xam torpaqlarda tələbə inşaat dəstəsində
fəaliyyət göstərmişdir.
1961-ci ildə ADU-nun Avropa ədəbiyyatı ixtisası üzrə aspiranturasına daxil olmuşdur.
Aspiranturada Azərbaycanın xalq yazıçısı, akademik Mirzə İbrahimovun rəhbərliyi ilə 1964-cü ildə namizədlik dissertasiyası müdafiə etmişdir.

Universitetin Xarici ölkələr ədəbiyyatı kafedrasında müəllim, baş müəllim və dosent işləmişdir (1965 – 1982).
1978-1980-ci illərdə Türkiyənin İskəndərun şəhərində metallurgiya zavodunda tərcüməçilik etmişdir.


1982-ci ildən BDU-nun XX əsr rus ədəbiyyatı və ədəbiyyat nəzəriyyəsi kafedrasının dosenti, həm də Ədəbiyyatşünaslıq üzrə ixtisaslaşmış müdafiə şurasının elmi katibi olmuşdur (1983–1989). Filologiya fakültəsində xarici ölkələr ədəbiyyatı, ədəbiyyat nəzəriyyəsi, ədəbi tənqid fənlərindən mühazirələr oxumuş, proqram, dərs vəsaitlərinin müəllifi olmuşdur.

== Elmi fəaliyyəti ==

Vəkil Hacılının elmi yaradıcılığının əsas istiqamətləri xarici ölkələr ədəbiyyatı, ədəbiyyat nəzəriyyəsi, ədəbi əlaqələr və tərcüməşünaslıq, ədəbi tənqidi əhatə etmişdir. Bir çox klassik və müasir Avropa yazıçısının yaradıcılığı haqqında Azərbaycan ədəbiyyatşünaslığında ilk elmi əsərlərin, o cümlədən Şiller haqqında monoqrafik tədqiqatın müəllifidir.


"Vilhelm Tell" adlı ilk elmi məqaləsi 1963-cü ildə ADU "Elmi əsərləri"ndə dil və ədəbiyyat seriyasında dərc edilmişdir. Həmin vaxtdan dövri mətbuatda elmi-nəzəri və tənqidi məqalərlə çıxış etmişdir.


Ədəbiyyatın nəzəri və tarix problemlərinə, müasir ədəbi prosesə, xarici ölkələr ədəbiyyatına dair tədqiqatlar aparmışdır. Antik mədəniyyətə, Avropa ədəbiyyatına, o cümlədən, alman romantizminə, Azərbaycan-Avropa, Azərbaycan-rus ədəbi əlaqələrinə həsr olunmuş bir sıra elmi məqalələr yazmışdır.



Bir çox Azərbaycan, Avropa və rus yazıçılarının və ədiblərinin yaradıcılığına dair elmi-tənqidi məqalələri dərc olunmuşdur.
Mükəmməl bildiyi alman və rus dillərindən tərcümələr etmiş, tərcüməşünaslığa, Avropa və rus ədəbiyyatının Azərbaycan dilinə tərcümələrinə aid əsərlər yazmışdır.























Müasir dövrdə ictimai-mənəvi əhəmiyyət kəsb edən kulturoloji problemlərə, xüsusən, əlifba, ana dili məsələlərinə, Borçalı türklərinin problemlərinə dair publisistik əsərlərin müəllifidir.
Bir çox ədəbi-bədii topluların tərtibçisi olmuşdur. Xarici ölkələr ədəbiyyatına, ədəbiyyat nəzəriyyəsinə aid mühazirələri və elmi əsərləri gənc filoloqların formalaşmasında, ədəbiyyatşünaslığımızda avropaşünaslığın inikşafında
xüsusi rol oynamışdır.





Vəkil müəllimin həyat yoldaşı Hacılı Məlahət Höccət qızı (02.11.1951-16.04.2013) Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirmiş,  ixtisası üzrə pedaqoji fəaliyyətlə məşğul olmuş, Mədəni-maarif texnikumunda müəllim, direktor müavini və direktor əvəzi işləmişdir.

Oğlu Rəşad BDU bitirib, beynəlxalq hüquq üzrə mütəxəssisdir, xarici şirkətlərdə müxtəlif vəzifələrdə işləmişdir, hazırda da fəaliyyətini uğurla davam etdirir. Qızı Selcan BDU-nun Şərqşünaslıq fakültəsinin türk dili bölməsini bitirib, BSU-da türk dili müəllimi işləyir, elmi tədqiqat aparır.



 == Əsərləri ==

 Ранняя драматургия Фридриха Шиллера. Б., 1964
XVIII əsr alman ədəbiyyatına dair mühazirələr: Lessinq, Şiller. Höte. B.,1967
"Dədə Qorqud" dastanlarında əxlaq məsələləri // BDU Elmi əsərləri, 1977, № 4
"Gəlinlik paltarı"nın işığında. B., 2005

 


Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol