Məhəmməd Hacıyev



Məhəmməd Hacı oğlu Hacıyev

(8 may 1906 - 21 mart 1974)

Borçalının öndər şəxsiyyətlərindən olan
Nayvəlinin nəvəsi, Hacı kişinin böyük oğlu, el ağsaqqalı.

Məhəmmədin atası Hacı kişi XIX  əsrin axırlarında anadan olub, 1922-ci ildə rəhmətə gedib.

Hacı kişi imkanlı, dövlətli adam olub. Xeyli mal-qarası, babalarından qalan sərvəti olub, ancaq sovet dövründə dövləti əlindən çıxıb, övladlarına torpaq sahəsi qalıb.
Hacı kişinin əmisi oğlu Pirverdinin və onun oğlu Pirqasım Ağanın törəmələri indiki Pirverdiyevlər nəslinin nümayəndələridir.

Məhəmməd dədənin anası Fatimə Sarvanın Xasməmmədovlar nəslindəndir. Onun Bayraməli adında qardaşı, Sədəf, Anaqız adında bacıları olub.

 Məhəmməd Hacı oğlunun həyat yoldaşı
 Mileyla Yaqubova (1914-1973) və Rüstəm Hacı oğlunun həyat yoldaşı Rahilə Yaqubova (1924 - 2009) bacıdırlar.  
 Onların ataları Hüseyn (Söyün) kişinin atası Yaqub, babası Hasan kişi olub. 
Söyün kişini 1940-cı illərdə qaçaqlar vurub.
 Mileyla və Rahilənin anası Yetər Cümbül qızı ata tərəfdən Sarvanın Mustafalılar nəslindəndir, Abdulla Şaiqin qohumudur. Onların ata tərəfdən nənələri, yəni Söyün kişinin anası Molla Qızlarbəyim seyid nəslindəndir, savadlı və bilikli adam olub.

 

Yetər Cümbül qızının qardaşı dəyirmançı Məhəmmədin Vahid və Gümrah adında oğulları olub. Abbas Hacıyevin həyat yoldaşı Şahsənəmin ana qohumu Güləmbər ilə Yetər xalaqızıdır.

Mileyla və Rahilənin Hümbət (tez rəhmətə gedib), Xəmməd (həyat yoldaşı – Məleykə, uşaqları Ziyad, Ziyafət, Hüseyn, Kifayət, Qiyafət, Elmira), Hasan (həyat yoldaşı – Məleykə, uşaqları Vaqif, Zakir, Zərifə, Sahibə, Gülşən), Mərsə  (uşaqları Nizami, Nazilə, Nazim, Nazifə, Niyaz, Nəzakət), Şəmşi (Borçalı texnikumunu bitirib, savadlı və istedadlı adam olub, şeir yazıb, nakam sevdadan vurğun olub, 18 yaşında ölüb), İslam (həyat yoldaşı – Eminə, uşaqları Əsmayə, Gülnarə, Moruq, Bəsti, Vasif), Mərziyə (qəzadan şikəst olub, ailə qurmayıb), Zəhra (əri Nəsib, oğlu Ziyəddin) adında qardaş və bacıları olub.

Yetər Cümbül qızı Mustafalı 



 Mileyla ana (ortada) rəfiqələri ilə
Məhəmməd dədənin Rüstəmdən başqa, Abbas  adında qardaşı, Nənəxanım və Gövhər adında bacıları olub. Ortancıl qardaş olan Abbas nişanlı olub, Soğanlıq kəndinə xalasıgilə qonaq gedərkən daşqında arabanı sudan çıxarmağa çalışıb, sel aparıb, 18 yaşında Kürdə batıb. 



Məhəmməd və Rüstəm Hacıyevlər
22 noyabr 1939-cu il




Məhəmməd və Rüstəmin böyük bacıları Nənəxanım Sarvanda Cabbar kişi ilə ailə qurub, Qoca adlı bir oğlu olub. Qocanın oğlanları – Arif, Vahid, Şaiq, Nazim, Möylədir.  
Məhəmməd və Rüstəmin kiçik bacıları Gövhərin əri əsli Qazaxın Şıxlı kəndindən olan, uşaqlığından ailəliklə Borçalıya köçmüş  Şıxlı Məhəmməd olub. Onların oğlu Kəjdər – Göyçə oğlu Qaranın dəstəsində qaçaqçılıq edb; qızları 
Müsəmbər və Leylandır.  Leylanın əri Sarvanın Qara seyidlər nəslindən Mirsaleh olub.




Hacı Nayvəli oğlunun övladları Məhəmməd və Rüstəm əvvəllər Nayvəlioğlu soyadını daşıyıb, sonradan bu famili naibliklə bağlı olduğuna görə sovet hökumətinin təzyiqi ilə Hacıyevə dəyişiblər. Rüstəm Hacı oğlu Nayvəlinin adını yaşatmaq üçün bir müddət sənədlərdə soyadını  “Nayvəlioğlu” kimi yazdırıb, müəllim və müharibə iştirakçısı olduğundan bu mümkün olub. 1980-ci illərin ortalarında "Hacıyev" soyadına keçib. 
 

 






Məhəmməd Hacı oğlu ailə vəziyyəti ilə əlaqədar savad ala bilməyib, cavanlığından işləməli olub. Kiçik qardaşı Rüstəmin təhsil almasına şərait yaradıb.  Qardaşı Rüstəm Hacıyev ibtidai və orta təhsilini Sarvanda alıb, müəllim hazırlığı üçün təşkil olunmuş məktəbi bitirib. İkinci Dünya müharibəsində iştirak edib, uzun illər Borçalıda müəllim işləyib. Müharibədə iştirakına və səmərəli əmək fəaliyyətinə görə bir çox orden və medallarla təltif olunub.
1930-cu illərdə Borçalının 1-ci katibi Həsən Səbri Məhəmməd Hacı oğlunun babası Nayvəlinin rus dilini haradan bildiyi ilə maraqlanıb və savadlı nəsildən olduğuna görə onu raykoma işə götürüb. Məhəmməd kişi əvvəl raykomda bağban işləyib, sonra şəxsi təsərrüfatında çalışıb.


Zəhmətkeş, müdrik və qürurlu adam olan Məhəmməd kişi halal zəhməti ilə övladlarını böyüdüb və ali savad almalarına şərait yaradıb. Yeddi oğlu, bir qızı ali savad alıb, övladlarından və nəvələrindən alim, müəllim, dövlət qulluqçuları yetişib.

Qeyd: Məhəmməd və Mileylanın cəmi on bir övladı olub, ancaq Abbasdan sonra anadan olmuş Hacımurad adlı iki oğulları və Zahiddən sonra Tofiq adında bir oğlu körpə vaxtında rəhmətə gedib.




NAYVƏLİLƏR
 
Facebook
 
Reklam
 
 
Bugün 3186 ziyaretçi (10728 klik) kişi burdaydı!
=> Sen de ücretsiz bir internet sitesi kurmak ister misin? O zaman burayı tıkla! <=