Xanlar Hacıyev

Xanlar Məhəmməd oğlu Hacıyev
(18.08.1952 – 01.10.2012)

 


    1952-ci ilin 10 avqustunda Sarvanda anadan olub. Məhəmməd dədənin ən kiçik övladı olan Xanlar 1969-cu ildə Sarvan 1 saylı orta məktəbini bitirib və elə həmin ildə Azərbaycan Dövlət Dillər İnstitutunun ingilis dili fakültəsinə daxil olub.


Sarvan 1 saylı orta məktəbdə

 



 
1974-cü ildə Azərbaycan Pedaqoji İnstitutunun
ingilis dili müəllimi
ixtisasını bitirib Sarvana qayıdıb.


1974 - 1984-cü illərdə Borçalının Qızılhacılı natamam kənd orta məktəbində müəllim işləyib.


Sonradan tikinti və ticarət sahəsində çalışıb.    1979-cu ildən 1982-ci ilə qədər müəllimliklə paralel olaraq Marneuli rayon Təsərrüfatlararası Kənd Mənzil-Kommunal Birliyində məsul vəzifədə işləyib.
Peşəkar səviyyədə ovçuluqla məşğul olub, mahir ovçu kimi bütün Gürcüstanda tanınıb. Marneuli rayon Ovçular cəmiyyətinin yaradıcısı və rəhbəri olub.
Xanlar Hacıyev Sarvanda qonşumuz olan Leyla ilə ailə qurub.




Vüqar adlı oğlu, Ramilə və Səbinə adlı qızları var. Vüqarın həyat yoldaşı Könül, övladları - Kamil və Amil, Ramilənin həyat yoldaşı Nəsimi, övladları - Kənan və Sənan, Səbinənin həyat yoldaşı Elçin, övladları - Ləman və Elşəndir.

Məğrur və əyilməz insan, pəhləvan cüssəli igid, sadiq dost və qayğıkeş qohum, gözəl ailə başçısı olan Xanlar ömrünün yetkin çağında qəfil xəstəlikdən vəfat edib. 


Xanlar və Lacın
 



 



















 

NAYVƏLİLƏR
 
Facebook
 
Reklam
 
 
Bugün 4318 ziyaretçi (12675 klik) kişi burdaydı!
=> Sen de ücretsiz bir internet sitesi kurmak ister misin? O zaman burayı tıkla! <=