Baxış Hacıyev


Hacıyev Baxış Məhəmməd oğlu

(15.11.1942 - 04.04.2015)

== Həyatı ==

Baxış Hacıyev 15 noyabr 1942-ci ildə Gürcüstan SSR-in Sarvan (Marneuli) kəndində anadan olub. Marneuli şəhər 1 saylı orta məktəbində təhsil alıb. 1962-cu ildə Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinin əyan şöbəsinə daxil olub.
Universitetdə təhsl aldığı dövrdə, 1964-cü ildə hərbi xidmətə çağırılıb. 1964–1967-ci illərdə 3 il hərbi-dəniz donanmasında hərbi xidmətdə olub. 1967-ci ildə hərbi xidmətini bitirdikdən sonra universitetdə təhslini davam etdirib. 1970-ci ildə təhsilini tamamlayıb və əmək fəaliyyətinə başlayıb.

== Fəaliyyəti ==

1971-1973-cü illərdə Bakı şəhər 5 saylı texniki-peşə məktəbində tərbiyəçi işləyib, məktəbin ilk partiya təşkilatının katibi olub.
1974-1979-cu illərdə Bakı Şəhər İcra Hakimiyyəti OADKYC (DOSAAF) Səbayel rayon komitəsində təlimatçı vəzifəsində çalışıb.


1979-1985-ci illərdə Səbail rayon İcra Hakimiyyəti Mənzillərin qeydə alınması və paylanması şöbəsinin müdir müavini işləyib.

1986-1988-ci illərdə Abşeron Rayon İcra Hakimiyyəti Baş mənzil-istismar idarəsinin rəisi vəzifəsini icra edib.

1989-1992-ci illərdə Bakı Şəhər İcra Hakimiyyəti Mənzil təsərrüfatı Baş İstehsalat İdarəsində istismar idarəsinin rəis müavini vəzifəsində çalışıb.

1992-ci ildən 2004-cü ilə qədər Bakı Şəhər İcra Hakimiyyəti Mənzil təsərrüfatı istehsalat birliyinin İnzibati binaların istismarı idarəsində məsul vəzifələrdə işləyib.

2004-cü ildə səhhəti ilə əlaqədar təqaüdə çıxıb.
2015-ci il aprel ayının 4-də uzun sürən xəstəlikdən sonra vəfat edib. 
Övladları - Emil, Leyla, Nigar

 

 

 





Nəvəsi Leyli (Nigarın gözəl qızı)

NAYVƏLİLƏR
 
Facebook
 
Reklam
 
 
Bugün 1 ziyaretçi (3 klik) kişi burdaydı!
=> Sen de ücretsiz bir internet sitesi kurmak ister misin? O zaman burayı tıkla! <=