'
NAYVELILER

Nayvəli

           Nayvəli  

(XIX əsrin ilk rübü - XX əsrin əvvəlləri)

Borçalının öndər şəxsiyyətlərindən biri, Nayvəlilər (Hacıyevlər) nəslinin əcdadı.

Borçalı mahalının Sarvan kəndinə aid Nayvəlilər (Hacıyevlər) soyunun əcdadı olan Nayvəli XIX əsrin ortalarında Sarvan kəndində Vəli Hacı oğlunun ailəsində dünyaya göz açıb. Nayvəlinin ulu babası Məhəmməd XVII - XVIII əsrlərdə, babası Hacı Məhəmməd oğlu XVIII əsrdə, atası Vəli Hacı oğlu isə XVIII - XIX əsrin ortalarında Sarvanda yaşayıb. Nayvəlinin oğlunun da, nəvəsinin də adı Hacı olub. 

 Borçalının Sarvan (indiki Marneuli) kəndinin köklü sakinləri, qarapapaq türkləri olan   Nayvəlilər və ya Hacıyevlər nəslinin müasir dövrdəki nümayəndələri – Nayvəlinin nəvəsi Hacı Hacı oğlunun (XIX əsrin axırları – 1922) oğlanları Məhəmməd Hacı oğlu Hacıyevin (1906–1974) və Rüstəm Hacı oğlu Hacıyevin (1916-1990) övladlarından və nəvə-nəticələrindən ibarətdir.

Nayvəli (Naib Vəli) XIX əsrin ortalarında - XX əsrin əvvəllərində yaşayıb. Əsl adı Vəli olub, ancaq naib nəslindən olduğundan ona Nayvəli deyilib.
Sarvanın mərkəzində böyük torpaq sahələri olub, bu torpaqlardan hazırda Məhəmməd Hacı oğluna və Rüstəm Hacı oğluna aid sahələr qalıb.  Bəzi məlumatlara görə, Nayvəlinin əvvəllər Sarvanda başqa məhlədə də torpaqları olub, ancaq onun nəsli sonralar indi yaşadıqları torpaqlarında - Sarvanın mərkəzindəki qədim yurdlarında məskunlaşıb.


Nayvəli yurdunun peykdən görünüşü

Nayvəli ocağında Sarvan camaatının ziyarət yeri olan pir yerləşir.


Nayvəli yurdundakı Pir

Nayvəli kişinin  Zalqa (Barmaqsız) rayonunda, Sarvan camaatının yaylaq yerləri olan Dəlidağda geniş torpaq sahələri olub. Nayvəli Xram (Anaxatır) çayının yaxınlarındakı bu ərazinin və həmin ərazidə yerləşən, el arasında "Nayvəli bulağı" adlanan bulağın rəsmən sahibi olub. Bu səfalı yaylaq və Nayvəli bulağı indiyədək Sarvan camaatının sevimli istrahət yerlərindəndir.


Xram çayı
Nayvəli savadlı adam olub, rus dilini bilib, vergi sistemində işləyib və çar hökumətindən qızıl pulla maaş alıb.
Nayvəli nəslində Məhəmməd, Hacı, Abbas adları irsən təkrarlanır. Məhəmməd Hacı oğlunun və Rüstəm Hacı oğlunun dediyinə görə, Nayvəlidən əvvəl onların Məhəmməd
adında ulu babaları olub.


Alget çayı
1728-ci ildə Osmanlı dövləti tərəfindən hazırlanmış
"Tiflis əyalətinin müfəssəl dəftəri"ndə
(Tiflis əyalətinin müfəssəl dəftəri (Qazax və Borçalı. 1728-ci il). Bakı, “Pedaqogika” nəşriyyatı, 2001)
Sarvanlar ərazisində Sarvan camaatının siyahısında Məhəmmədin, onun oğlu Hacının və Hacının oğlu Vəlinin adları qeyd olunub. Nayvəli bu nəsildəndir və
Hacının oğlu Vəlinin oğludur.
Gürcüstan Milli Akademiyasının həqiqi üzvü,  professor Şurəddin Məmmədlinin "Borçalı qarapapaqları tarixin dolamalarında" adlı kitabında Nayvəlinin adı görkəmli yazıçı Abdulla Şaiqin atası, məşhur din xadimi və maarifçi Axund Mustafa Talıbzadə ilə birlikdə XIX əsrin axırlarında - XX əsrin əvvəllərində Borçalının Sarvandan olan öndər şəxsiyyətləri sırasında qeyd olunur.
 

Nayvəlinin oğlu Hacı XIX əsrin ortalarında anadan olub, XX əsrin əvvəllərində rəhmətə gedib. Hacı kişi savadlı, imkanlı, dövlətli adam olub. Xeyli mal-qarası, babalarından qalan sərvəti olub. Ancaq sovet dövründə bu dövlət nəvəsi Hacı Hacı oğlunun əlindən çıxıb, yalnız torpaq sahələri qalıb. Hacı Nayvəli oğlu gənc yaşda rəhmətə gedib, öz adını verdiyi Hacı adlı oğlu XIX yüzilin axırlarında anadan olub, 1922-ci ildə rəhmətə gedib. 
Hacı Hacı oğlunun əmisi oğlu Pirverdinin və onun oğlanları Pirqasım və Həmidin törəmələri indiki Pirverdiyevlər nəslinin nümayəndələridir.
Hacı Hacı oğlunun birinci arvadı Fatimə Xasməmmədova olub, Fatimə rəhmətə gedəndən sonra Sultan İsgəndərova ilə evlənib. 
Hacı Hacı oğlunun üç oğlu, iki qızı olub, ortancıl oğlu Abbas tez rəhmətə gedib. Digər oğulları Məhəmməd və Rüstəm əvvəllər Nayvəlioğlu soyadını daşıyıb, sonradan bu famili naibliklə bağlı olduğuna görə sovet hökumətinin təzyiqi ilə Hacıyevə dəyişiblər. Rüstəm Hacı oğlu Nayvəlinin adını yaşatmaq üçün bir müddət sənədlərdə adını  “Rüstəm Nayvəlioğlu” kimi yazdırıb, müəllim və müharibə iştirakçısı olduğundan bu mümkün olub. 1980-ci illərin ortalarında “Hacı oğlu”nu bərpa edib və “Hacıyev” soyadını götürüb.


Məhəmməd kişi şəxsi təsərrüfatında çalışıb.
Rüstəm Hacı oğlu ibtidai və orta təhsilini Sarvanda alıb, müəllim hazırlığı üçün təşkil olunmuş məktəbi bitirib. İkinci dünya müharibəsi iştirakçısıdır, uzun illər Borçalıda müəllim işləyib, bir çox orden və medallarla təltif olunub.
El ağsaqqalları olan Məhəmməd Hacı oğlu (1906 – 1974) və Rüstəm Hacı oğlu (1916-1990) övladlarını öz halal zəhmətləri ilə böyüdüb, savad verib, böyük ailələrinə (Məhəmmədin yeddi oğlu, bir qızı, Rüstəmin  altı oğlu olub) ev-eşik qurublar.


Onların törəmələrindən bir çox alim, müəllim, dövlət qulluqçusu yetişib.
Hazırda Nayvəlilər (Hacıyevlər) nəslinin bir hissəsi Sarvanda, bir hissəsi isə Bakıda yaşayır.

W // NAYVƏLİLƏR (HACIYEVLƏR) 




 

 


Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol