Hacı Nayvəli oğlu

 


 

Hacı Nayvəli oğlu

(XIX əsrin axırları - 1922)


Nayvəlinin oğlu Hacı kişi XIX əsrin axırlarında anadan olub, 1922-ci ildə rəhmətə gedib. Hacı kişi savadlı, imkanlı, dövlətli adam olub. Xeyli mal-qarası, babalarından qalan sərvəti olub.
 Ancaq sovet dövründə dövləti əlindən çıxıb, övladlarına torpaq sahələrinin bir qismi qalıb. 


Hacı kişinin əmisi oğlu Pirverdinin və onun oğlu Pirqasım Ağanıtörəmələri indiki Pirverdiyevlər nəslinin nümayəndələridir.
 Hacı Nayvəli oğlunun birinci arvadı Fatimə Xasməmmədova olub, Fatimə rəhmətə gedəndən sonra Sultan İsgəndərova ilə evlənib.


Nayvəli ocağındakı Pir

Hacı kişinin birinci arvadı, Məhəmməd
dədənin anası Fatimə Sarvanın
Xasməmmədovlar nəslindəndir.
Fatimənin Bayraməli adında qardaşı,
Sədəf, Anaqız, Hüsnü adında bacıları olub.

Məhəmməd dədənin dayısı Bayraməli Xasməmmədovun və həyat yoldaşı Saat xanımın Hüseyn, Hasan, Kamal (Böyük Vətən müharibəsində həlak olub), Müseyib, İbrahim adında oğulları və Şövkət adında qızı olub.
Məhəməd dədənin xalası Sədəf
Soğanlıq kəndinə ərə gedib. Sədəfin oğlu Gürcü Söylədərin 
(gürcü dilini yaxşı bildiyinə görə belə
deyiblər) ailəsi hazırda Soğanlıq kəndində yaşayır.


Məhəmməd dədənin digər xalası Anaqız Sarvanda Kərim İbrahimovla ailə qurub.  Onların Calal, Mehdi, Rüstəm, Zeynəb və Yasəmən adında övladları olub.  Mehdinin oğlu İsa  Cümşüd Hacıyevin bacanağıdır. Kərim və Anaqızın böyük oğlu Calal (el arasında Nu Calal adlanıb – rus dilndə “nu” kəlməsini tez-tez işlətdiyinə görə belə deyilib) müxtəlif dövlət vəzifələrində çalışmış, o cümlədən Marneuli rayon partiya komitəsində 2-ci katib işləmişdir.


Hacı Nayvəli oğlunun yurdu

Məhəmməd dədənin üçüncü xalası Hüsnü Bala Muğanlı kəndinə ərə gedib, burada Rüstəm kişi ilə ailə qurub. Rüstəm kişi və Hüsnünün Məhəmməd, Hümmət, Fatmanisə, Səlmi, Mələk, Ayna, Salatın, Səkinə adında övladları olub.
Hüsnünün və Rüstəm kişinin böyük oğlu Məhəmmədin övladları (Məhəmməd Hacıyevin xalası nəvələri) – tanınmış alim, şair və tərcüməçilər  Vilayət  Rüstəmzadə və İbadət Rüstəmzadədir (İbadət Mövləli). Vilayət Rüstəmzadənin qızı Aytən Rüstəmzadə də ədəbiyyatşünas alimdir.
Məhəmməd kişi Bala Muğanlıda uzun müddət kolxozda briqadir işləyib, yaxşı bağban olub, meliorasiya idarəsində çalışıb. Qışlaq yeri adlanan sahəyə çəkdirdiyi suvarma şəbəkəsi el arasında Məhəmməd arxı adlanıb. 

Hacı kişinin ikinci arvadı, Rüstəm müəllimin anası Sultan xanım Sarvanın İsgəndərovlar nəslindəndir. 

     Hacı Nayvəli oğlunun üç oğlu (Məhəmməd, Abbas və Rüstəm ), iki qızı (Nənəxanım və Gövhər) olub.

Ortancıl oğlu Abbas nişanlı olub, Soğanlıq kəndinə xalası Sədəfgilə qonaq gedərkən daşqında arabanı
sudan çıxarmağa çalışıb, sel aparıb, 18 yaşında Kürdə batıb. 

 Hacı Nayvəli oğlunun övladları Məhəmməd və Rüstəm əvvəllər Nayvəlioğlu soyadını daşıyıb, sonradan bu famili naibliklə bağlı olduğuna görə sovet hökumətinin təzyiqi ilə Hacıyevə dəyişiblər.


Hacı Nayvəli oğlunun övladları
Məhəmməd və Rüstəm Hacıyevlər
22 noyabr 1939-cu il




 Rüstəm babası Nayvəlinin adını yaşatmaq üçün bir müddət sənədlərdə soyadını “Nayvəlioğlu” kimi yazdırıb, müəllim və müharibə iştirakçısı olduğundan bu mümkün olub. 1980-ci illərin ortalarında “Hacıyev” soyadına keçib.   

Hacı kişinin böyük qızı (Məhəmməd və Rüstəmin böyük bacıları) Nənəxanım Sarvanda Cabbar kişi ilə ailə qurub, Qoca adlı bir oğlu olub. Qocanın oğlanları – Arif, Vahid, Şaiq, Nazim, Möylədir.

Hacı kişinin kiçik qızı (Məhəmməd və Rüstəmin kiçik bacıları) Gövhərin əri əsli Qazaxın Şıxlı kəndindən olan, uşaqlığından ailəliklə Borçalıya köçmüş  Şıxlı Məhəmməd olub. Onların oğlu Kəjdər – Göyçə oğlu Qaranın dəstəsində qaçaqçılıq edib. Gövhər və Şıxlı Məmmədin qızları Müsəmbər və Leylandır.  Leylanın əri Mirsaleh Sarvanın Qara seyidlər nəslindəndir.




Nayvəlilər və ya Hacıyevlər nəslinin müasir dövrdəki nümayəndələri – Nayvəlinin oğlu Hacı kişinin oğlanları Məhəmməd Hacı oğlu Hacıyevin (1905–1974) və Rüstəm Hacı oğlu Hacıyevin (1916-1990) övladlarından və nəvə-nəticələrindən ibarətdir.
  Hacı kişinin törəmələrindən bir çox alim, müəllim, dövlət qulluqçusu yetişib.
         Hazırda Nayvəlilər (Hacıyevlər) nəslinin, Hacı kişinin nəvə və nəticələrinin bir hissəsi Sarvanda, bir hissəsi isə Bakıda yaşayır. 
 

NAYVƏLİLƏR
 
Facebook
 
Reklam
 
 
Bugün 1 ziyaretçi (16 klik) kişi burdaydı!
=> Sen de ücretsiz bir internet sitesi kurmak ister misin? O zaman burayı tıkla! <=